23 
May
2020
11:10
64
129
2098
yuxarı
ABŞ Rusiya və Çinə nüvə sınaqları ilə cavab verə bilər
23 May, 2020
11:10
2098
64
129
ABŞ Rusiya və Çinə nüvə sınaqları ilə cavab verə bilər
Ağ Evin yüksək vəzifəli nümayəndələri təxminən son 30 ildə ilk dəfə nüvə sınağının keçirilməsi məsələsini qaldırıblar.
Bu barədə “Washington Post” məlumat yayıb.
Sözügedən məsələ mayın 15-də ABŞ-ın Rusiya və Çini kiçikmiqyaslı nüvə sınaqları keçirməkdə ittiham etməsindən dərhal sonra müzakirə olunub. Nəşrin mənbələrindən birinin sözlərinə görə, görüş nüvə sınağının keçirilməsi ilə bağlı yekun qərara gəlinmədən yekunlaşıb.
Mənbə qeyd edib ki, Birləşmiş Ştatların sınaq keçirə bilməsinin nümayişi danışıqlar baxımından faydalı olar bilər. Çünki Vaşinqton üçtərəfli müqavilə imzalamaq və nüvə nəhənglərinin arsenalını tənzimləmək istəyir.
Digər mənbə isə bildirib ki, görüşdə Rusiya və Çinə başqa tədbirlərlə cavab verilməsi qərara alınıb.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək